"Neftçi"nin legioneri zədələnib
Futbol
- 11 iyul, 2022
- 10:14
"Neftçi"nin futbolçusu Sezar Meza Kolli zədələnib.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin dizində problem aşkarlanıb.
Paraqvaylı oyunçu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında sıradan çıxıb. Meza Kolli əməliyyat olunmaq üçün ölkəsinə yollanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.
Son xəbərlər
09:21
Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib
Xarici siyasət09:17
"Arsenal"ın futbolçusu Noni Madueke "Atletiko" və ya "Yuventus"a keçə bilər
Futbol09:16
Foto
Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - ƏLAVƏ OLUNUB
Elm və təhsil09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.09.2026)
Maliyyə08:56
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb
Digər ölkələr08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.09.2026)
Maliyyə08:46
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
Elm və təhsil08:42
Bakıda 20-yə yaxın istiqamətdə tıxac yaranıb - YENİLƏNİB
İnfrastruktur08:28