"Neftçi"nin hücumçusu "Qarabağ"la matçı da buraxacaq

"Neftçi"nin hücumçusu "Qarabağ"la matçı da buraxacaq "Neftçi"nin zədəli futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasında IX turun "Qarabağ"la ev matçında oynama ehtimalı çox azdır
Futbol
444
2 Noyabr , 2020 15:29
Neftçinin hücumçusu Qarabağla matçı da buraxacaq

"Neftçi"nin zədəli futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasında IX turun "Qarabağ"la ev matçında oynama ehtimalı çox azdır.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, 30 yaşlı hücumçu hələ zədəsini tam bərpa edə bilməyib.

Fransalı forvardın X turun "Qəbələ" ilə səfər matçına hazır olacağı gözlənilir. Flaqmanın koronavirusdan sağalan digər legioneri Prins İbara isə bu gün səhər saatlarında Bakıya gəlib. Baş məşqçi Füzuli Məmmədov şans verəcəyi təqdirdə, konqolu forvard Ağdam təmsilçisi ilə görüşdə meydanda ola bilər.

Paytaxt təmsilçisinin qapıçısı Səlahət Ağayev isə dirsək oynağından əməliyyat olunduğu üçün matçın iştirak ərizəsində yer almayacaq.

Qeyd edək ki, noyabrın 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi