"Neftçi"nin futbolçusu "Sumqayıt"la oyunu finala bənzədib

"Neftçi"nin futbolçusu "Sumqayıt"la oyunu finala bənzədib Uqo Barqas: "Tərlan Əhmədov komandada motivasiyanı, özünəinamı qaytarıb"
Futbol
28 Oktyabr , 2017 17:40
Neftçinin futbolçusu Sumqayıtla oyunu finala bənzədib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün "Neftçi" komandası Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt"la keçirəcəyi oyundan əvvəl açıq məşqə çıxıb. "Report"un məlumatına görə, məşq görüşün təşkil olunacağı "Bakcell Arena"da baş tutub.

Futbolçulardan Uqo Barqas jurnalistlərə açıqlamasında görüşün əhəmiyyətindən danışıb: "Demək olar ki, bütün oyunlarımız çətin keçir. Hər oyuna ciddi hazırlaşırıq. Sabah növbəti final qarşılaşmasına çıxacağıq. Oyundan-oyuna komandada özünə inam artır. "Sumqayıt"la oyunda müsbət nəticə əldə edəcəyimizə inanırıq".

Fransalı hücumçu hazırkı baş məşqçi Tərlan Əhmədovun üstünlüklərindən də danışıb: "Hər bir baş məşqçinin öz fəlsəfəsi var. Tərlan Əhmədov komandada motivasiyanı, özünəinamı qaytarıb. Bu da ən böyük amillərdən biridir".

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" görüşü saat 18:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi