"Neftçi"nin ev oyunlarında son 15 mövsümün ən yaxşı azarkeş göstəricisi qeydə alınıb
Futbol
- 28 aprel, 2026
- 10:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" – "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
"Report" xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
"Ağ-qaralar"ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb.
2011-ci il fevralın 13-də "Xəzər Lənkəran"la Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
Qeyd edək ki, "Neftçi" "Palms Sports Arena"da keçirilən görüşdə "Qarabağ"a 1:5 hesabı ilə uduzub.
Son xəbərlər
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:11
Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib
Digər ölkələr
08:03
Rubio: ABŞ-də baş verən texniki nasazlıqlar bir-biri ilə əlaqəli deyil
Digər ölkələr
07:48
Qızılın qiyməti 3 800 dollardan aşağı düşüb
Maliyyə
07:41
2028-ci ilin yayında Böyük Britaniyada polislərin məzuniyyətə çıxması qadağan ediləcək
Digər ölkələr
07:10
Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək
Xarici siyasət
06:34
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
İKT
06:03
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
Digər ölkələr
05:49
Rumıniyada güclü zəlzələ baş verib
Digər ölkələr