“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamışdıq"

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamışdıq" “Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlanmışdı. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı”.
Futbol
16 fevral 2025 17:33
“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamışdıq
Samir Abasov

Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlaşmışdılar. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis dəyişikliklərin həmişə uğurlu olmadığını bildirib:

“Hücumu gücləndirmək istəyimiz bu dəfə alınmadı, bacarmadıq. Realist olmalıyıq. Rəhman Hacıyev və digərləri də fikirləşməlidirlər ki, meydana belə çıxmaq olmaz. Rəqib 10 nəfərlə qalanda sanki rahatlaşmışdıq. Etdiyimiz səhvdən sonra qol buraxdıq. Üzülürük, amma qarşıdakı oyunlara köklənəcəyik”.

Abasov “Zirə” ilə ötən turun qarşılaşmasında əvəzetmələrin özünü doğrultduğunu söyləyib:

“Medinanın qırmızı vərəqə alması ilə meydanda çox şey dəyişdi. Yarımmüdafiədə kreativ oyunçumuz yoxdur. Onun meydandan qovulması planlarımızı pozdu. Komandam son matçlarda pis oynamır. Oyunçular istəklidirlər. Bir az psixoloji baxımdan təzyiq var idi. Son oyunlar göstərir ki, düzgün yoldayıq”.

Son xəbərlər

Orphus sistemi