"Neftçi"nin baş məşqçisi: “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”

"Neftçi"nin baş məşqçisi: “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı” “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”.
Futbol
16 Mart , 2023 21:29
Neftçinin baş məşqçisi: “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”

“Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Kəpəz”lə 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis şansları qola çevirməmələrindən şikayətlənib: “İlk hissədə sürətli oynamadıq. Rəqibə əks-hücumlara keçmək imkanı verdik. Ələ düşən şansları dəyərləndirsəydik, fərqli olardı. İkinci qolu vurduq, dönüş yaratdıq. Ancaq dərhal sonra rəqib hesabı bərabərləşdirdi. Fasilədə futbolçulara daha çox özünəinam aşılamağa çalışacağıq”.

O, son dəqiqələrdə VAR-a baxdıqdan sonra hesaba alınmayan qol epizodunda hakimin verdiyi qərarla razılaşmayıb: “Üçüncü qolda tribunalarda hamı qışqırırdı ki, qoldur. Məncə, elə çətin epizod deyildi. Oyunçunun iştirak etmədiyi epizoda görə oyundankənar vəziyyət verə bilmərsən. Hakimlər belə gördülər. Əlavə nəsə deyə bilmərəm”.

Regekampf onları 6 xal qabaqlayan “Sabah”a çatacaqlarına inanır: “Oyunçularıma inanıram. Düşünürəm ki, ikinci pillədəki “Sabah”a çata bilərik. Qarşıda hələ oyunlar var”.

Baş məşqçi “Qarabağ”dakı həmkarı Qurban Qurbanovun martın 26-da Türkiyə klubu “Qalatasaray”la keçiriləcək yoldaşlıq görüşü üçün digər komandalardan futbolçu götürmək istəyinə də münasibət bildirib. O, buna müsbət yanaşmayıb: “Bizim özümüzün də həmin vaxt üçün proqramımız, yoxlama görüşümüz var. Əsas heyətin 6-7 üzvü millidə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19 komandasından oyunçular cəlb edə bilərik. Hər klubun öz proqramı var. İndiki vəziyyətdə belə addım atmaq çətin olar. Təsəvvür edin ki, futbolçumuz “Qalatasaray”la görüşdə zədə alır. Bunun ödənişini kim edəcək?”

Son xəbərlər

Orphus sistemi