Bakı. 5 mart. REPORT.AZ/ "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev istefa verib. "Report"un məlumatına görə, təcrübəli mütəxəssis bu qərarı "Qəbələ"yə "ev"də 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra qəbul edib.
O, oyundan sonra təşkil olunmuş mətbuat konfransında rəhbərliyə istefa qərarını bildirdiyini deyib.