​"Neftçi" Monteneqroya yola düşüb

​"Neftçi" Monteneqroya yola düşüb Azərbaycan təmsilçisi iyulun 9-da "Mladost"la cavab görüşünə çıxacaq
Futbol
137
7 İyul , 2015 10:32
​Neftçi Monteneqroya yola düşüb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" futbol klubu bu gün səhər saatlarında Monteneqroya yola düşüb. "Report"un məlumatına görə, Bakı təmsilçisi iyulun 9-da Podqoritsada "Mladost"la I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

"Qradski" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. "Ağ-qaralar" Bakıdakı son məşqini ötən gün keçirib. 

Qeyd edək ki, ilk görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi