​"Neftçi" - "Mladost" matçına satılan biletlərin sayı açıqlanıb

​"Neftçi" - "Mladost" matçına satılan biletlərin sayı açıqlanıb Bilet satışı sabah da davam etdiriləcək
Futbol
192
1 İyul , 2015 16:09
​Neftçi - Mladost matçına satılan biletlərin sayı açıqlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Mladost" (Podqoritsa, Çernoqoriya) matçına 3500 bilet satılıb. Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi oyuna kifayət qədər marağın olduğunu bildirib. "Bakcell Arena"nın kassalarında aparılan bilet satışı sabah da davam etdiriləcək.

Azarkeşlər, VİP, ailəvi (3A) və digər sektorlardan matçı izləyə biləcəklər. VİP sektorlara 1 biletin qiyməti 10 manat, 3B sektoruna 1 biletin qiyməti 2 manat, digər sektorlara 1 biletin qiyməti isə 1 manat təşkil edir.

Qeyd edək ki, "Neftçi" - "Mladost" qarşılaşması iyulun 2-də keçiriləcək. "Bakcell Arenada" baş tutacaq görüşün start fiti saat 21:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi