“Neftçi” millinin üzvünü transfer etdi

“Neftçi” millinin üzvünü transfer etdi “Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.
Futbol
27 İyun , 2021 20:14
“Neftçi” millinin üzvünü transfer etdi
Xəyal Nəcəfov

“Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.

“Report” xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.

Son xəbərlər

Orphus sistemi