"Neftçi" klubu yeni baş məşqçisini Serbiyada axtarır
Futbol
- 23 dekabr, 2015
- 13:10
Bakı. 23 dekabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarını Serbiyada aparır. "Report"un "Arena Sport"a istinadən verdiyi məlumata görə, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.
Artıq flaqman rəhbərliyinin serbiyalı mütəxəssisə telefon açaraq danışıqlar apardığı bildirilir. 42 yaşlı baş məşqçiyə cəlbedici təklif göndərilib. M.Rastavaçın tezliklə qərar verəcəyi gözlənilir. Çünki "Radniçki" qış təlim-məşq toplanışını İspaniyada keçəcək və komandanın kimin rəhbərliyi altında səfərə yollanacağı məlum deyil.
Qeyd edək ki, Milan Rastavaç "Radniçki"dən başqa 23 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının da baş məşqçisidir.
Son xəbərlər
03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41