"Neftçi" kamerunlu hücumçusunu cəzalandırıb

"Neftçi" kamerunlu hücumçusunu cəzalandırıb Ernest Nfor əvəzedici heyətə göndərilib
Futbol
5 Fevral , 2015 17:09
Neftçi kamerunlu hücumçusunu cəzalandırıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın "Neftçi" klubunun futbolçusu Ernest Nfor əvəzedici heyətə göndərilib. "Report"un məlumatına görə, bu qərar məşqçilər korpusunun təqdimatı əsasında verilib. 

Səbəb kimi 29 yaşlı hücumçunun çempionat oyunları və məşq prosesinə peşəkar səviyyəsindən aşağı yanaşması, eləcə də klubdaxili intizam qaydalarını pozması göstərilib. 

Qeyd edək ki, Ernest Nfor 2013-cü ilin yayından "Neftçi"dədir. 

Son xəbərlər

Orphus sistemi