"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib

"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib “Qızıl kart”ın qiyməti 193,70 manat təşkil edir
Futbol
18 Avqust , 2017 15:37
Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib

Bakı. 18 avqust. REPORT.AZ/ "Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib.

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşlər "N-Kart” adı altında satışa çıxarılmış 4 fərqli kartı əldə etməklə həm komandanın bütün ev oyunlarını (avrokubok oyunları da daxil olmaqla) "Bakcell Arena”dan canlı izləmək imkanı qazana, həm də klubun və onun tərəfdaşlarının təklif və imtiyazlarından yararlana bilərlər.

“Balaca kart”ın qiyməti 9,37 manatdırsa, “Ağ kart”ı 19,37 manata, “Qara kart”ı 79,37 manata, “Qızıl kart”ı isə 193,70 manata əldə etmək olar.

Bu gündən kartları klubun rəsmi saytındakı "N-Kart” və "Fan Shop Online” bölməsində onlayn şəkildə internet üzərindən sifariş etmək olar.

Son xəbərlər

Orphus sistemi