"Neftçi" braziliyalı hücumçu ilə müqavilə imzaladı

"Neftçi" braziliyalı hücumçu ilə müqavilə imzaladı “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.
Futbol
1 Sentyabr , 2021 20:56
Neftçi braziliyalı hücumçu ilə müqavilə imzaladı
Ramon Maçado

“Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Son xəbərlər

Orphus sistemi