“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib
Futbol
- 01 dekabr, 2022
- 12:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi” Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyevi transfer etmək istəyir.
“Report”un yerli “Eurostavka.ru” nəşrinə istinadən məlumatına görə, klublar arasında Azərbaycan əsilli oyunçunun transferi müzakirə edilir.
“Neftçi” 26 yaşlı yarımmüdafiəçini 300 min avro qarşılığında heyətinə cəlb etməyə hazırdır. Ancaq “Ximki” rəhbərliyi Quliyevin satışından, təxminən, 500-700 min avro məbləğində qazanc götürmək niyyətindədir.
Hətta futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi də istisna edilmir.
Qeyd edək ki, Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. Onun Rusiya Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Son xəbərlər
12:11
İran dağıdıcı yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət
11:15
Türkiyə XİN Azərbaycanı təbrik edib
Xarici siyasət
11:10
Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
Region
10:49
Dron hücumundan sonra Sankt-Peterburqdakı "Ozon" anbarında yanğın baş verib
Digər ölkələr
10:46
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
Futbol