"Neftçi" – "Aris" oyununa satılmış biletlərin sayı açıqlanıb

"Neftçi" – "Aris" oyununa satılmış biletlərin sayı açıqlanıb "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Futbol
28 İyul , 2022 11:48
Neftçi – Aris oyununa satılmış biletlərin sayı açıqlanıb

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşma üçün 7 minə yaxın bilet alınıb.

Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi