"Napoli"yə texniki məğlubiyyət verildi, komandanın bir xalı silindi

"Napoli"yə texniki məğlubiyyət verildi, komandanın bir xalı silindi İtaliya A Seriyasının III turunda baş tutmayan "Yuventus" - "Napoli" matçı ilə bağlı qərar verilib.
Futbol
14 Oktyabr , 2020 20:00
Napoliyə texniki məğlubiyyət verildi, komandanın bir xalı silindi

İtaliya A Seriyasının III turunda baş tutmayan "Yuventus" - "Napoli" matçı ilə bağlı qərar verilib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmaya çıxmaqdan imtina edən Neapol təmsilçisi texniki məğlubiyyət alıb.

Klubun koronavirusla bağlı qrotokola əməl etmədiyi üçün bir xalı da silinib.

Qeyd edək ki, "Napoli" yerli səhiyyə orqanlarının səyahət qadağası səbəbindən Turinə yollana bilməyib. Həmin vaxt komandanın heyətində iki futbolçu və bir məşqçidə koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi