"Napoli"nin futbolçusu qarət olunub

"Napoli"nin futbolçusu qarət olunub İtaliyanın "Napoli" klubunun futbolçusu Adam Unas qarət olunub.
Futbol
19 Dekabr , 2021 12:29
Napolinin futbolçusu qarət olunub

İtaliyanın "Napoli" klubunun futbolçusu Adam Unas qarət olunub.

"Report" "Corriere del Mezzogiorno" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu evinin qarşısında soyğunçularla qarşılaşıb.

Onlar diqqəti cəlb etməmək üçün əlcəzairli oyunçunu qaraja aparıblar. Unasdan bütün pulunu və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. Forvardın yanında formasından əlavə 5 min avro dəyərində zəncir olub.

Qeyd edək ki, "Napoli" bu gün İtaliya A Seriyasının XVIII turunda "Milan"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi