​Mövsümün ilk yarısının oyunlarını izləyən azarkeşlərin sayı açıqlanıb

​Mövsümün ilk yarısının oyunlarını izləyən azarkeşlərin sayı açıqlanıb Antirekord V turun AZAL - "İnter" oyununda qeydə alınıb
Futbol
21 Dekabr , 2015 14:12
​Mövsümün ilk yarısının oyunlarını izləyən azarkeşlərin sayı açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub.

Ümumi azarkeş sayının təxminən yarısı - 120 mini "Kəpəz"in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdir.

Mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı "Kəpəz"in meydanında baş tutub. V turun "Qarabağ"la oyununu 20 min, VII turun "Sumqayıt" və IX turun "Xəzər Lənkəran"la görüşlərini 18 min tamaşaçı izləyib. Azarkeş sayında "Xəzər Lənkəran" 2-ci, "Neftçi" isə 3-cüdür. Son üç pillədə paytaxt təmsilçiləri AZAL, "Rəvan" və "İnter" qərarlaşıb.

Mövsümün ilk yarısının antirekordu V turun AZAL - "İnter" oyununda qeydə alınıb – 100 tamaşaçı.

Son xəbərlər

Orphus sistemi