Mourinyo "Real"da sərt qaydalar tətbiq edib
Futbol
- 02 sentyabr, 2026
- 16:19
İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisində gecikməyə görə cəza sistemini dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssis intizam pozuntularına görə pul cərimələrini ləğv edib. Hazırlıq prosesinə gecikən oyunçu idman zalında ayrıca məşq edəcək və oyun üçün heyətə daxil olunmayacaq.
Bundan əlavə, məşqçilər heyəti futbolçuların zədədən sonra sağalması və qidalanması üzərində nəzarəti gücləndirib. Reabilitasiya prosesi klubun məşq mərkəzində aparılmalıdır. Komandanın pəhrizi də klub mütəxəssislərinin tövsiyələrinə əsaslanacaq.
Xatırladaq ki, 2010-cu ildən 2013-cü ilədək "Real"ın baş məşqçisi olmuş Joze Mourinyo bu ilin yayında "Kral klubu"na qayıdıb.
Son xəbərlər
18:23
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Digər ölkələr18:16
Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
Xarici siyasət18:01
Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib
Xarici siyasət17:48
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
Formula 117:47
Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
İKT17:39
Foto
RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Biznes17:36
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Biznes17:35
ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
Digər ölkələr17:21