Moskva "Spartak"ının futbolçusu Azərbaycan millisinə gəlməkdən imtina edib

Moskva "Spartak"ının futbolçusu Azərbaycan millisinə gəlməkdən imtina edib Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın “Spartak” (Moskva) klubunun futbolçusu Turqay Möhbalıyev AFFA-nın Azərbaycan millisində çıxış etmək təklifini qəbul etməyib.
Futbol
156
10 Dekabr , 2018 15:02
Moskva Spartakının futbolçusu Azərbaycan millisinə gəlməkdən imtina edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın “Spartak” (Moskva) klubunun futbolçusu Turqay Möhbalıyev AFFA-nın Azərbaycan millisində çıxış etmək təklifini qəbul etməyib.

Bu barədə “Report”a 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd məlumat verib.

O bildirib ki, 18 yaşlı müdafiəçi ilə yanaşı, Rusiyanın I Divizionunda yarışan “Çertanovo”nun hücumçusu Nikita Süleymanov və Belarusun I Divizionunda yer alan “Naftan”ın forvardı Elvin Əliyev Azərbaycan yığmasının formasını geyinməyə razı olmayıb.

Qeyd edək ki, Rusiyanın “Krasnodar” klubunun iki oyunçusu - Sergey Peterson və Ruslan Pidlisnyak Azərbaycan millisində oynamaq təklifini müsbət cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi