Moskva “Spartak”ının baş məşqçisi istefaya göndərilib

Moskva “Spartak”ının baş məşqçisi istefaya göndərilib Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyanın “Spartak” komandasının baş məşqçisi Massimo Karrera istefaya göndərilib.
Futbol
22 Oktyabr , 2018 12:12
Moskva “Spartak”ının baş məşqçisi istefaya göndərilib
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyanın “Spartak” komandasının baş məşqçisi Massimo Karrera istefaya göndərilib.

“Report” Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı italiyalı mütəxəssis Direktorlar Şurasının qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Baş məşqçi səlahiyyətləri Raul Riançoya müvəqqəti həvalə olunub. 

“Spartak” oktyabrın 21-də Rusiya Premyer Liqasının XI turunda Tula “Arsenal”ına 2:3 hesabı ilə uduzub. Bu, 18 xalla 7-ci pillədə qərarlaşan paytaxt komandasının cari çempionatda ardıcıl 3-cü ev məğlubiyyəti olub.

Qeyd edək ki, Massimo Karrera 2016-cı ilin avqustunda “Spartak”ın baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altında 16 illik fasilədən sonra - 2016-2017 mövsümündə Rusiya çempionu olub.

Son xəbərlər

Orphus sistemi