"Millətlər Liqasında mübarizəyə start verəcəyik. Hər başlanğıc vacibdir".
"Report"un məlumatına görə, bu fikirləri UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən Monteneqro seçməsinin baş məşqçisi Faruj Hacibeqiç yerli federasiyanın rəsmi saytına açıqlamasında C Liqasının I qrupunda Kipr və Lüksemburq seçmələri ilə keçiriəcəkləri oyunlar barədə danışarkən deyib.
Bu gün yığmanın heyətini açıqlayan bosniya və herseqovinalı mütəxəssis bildirib ki, qrupdakı bütün komandalar təqribən eyni gücdədirlər: "Rəqiblərimizin hər biri hörmətə layiqdir. Onları necə üstələyəcəyimizi düşünməliyik. Digər komandalarla güclü tərəflərimizi müqayisə edirik. Yalnız rəqiblərimizi məğlub etdikdən sonra ən yaxşı olduğumuzu deyə bilərik. Buna qədər isə gündəlik işimiz və səylərimizlə əlverişli nəticələr üçün lazımi şərtlər yaratmağa çalışacağıq".
Qeyd edək ki, Monteneqro yığması sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.