Monteneqrolu qapıçı: "Azərbaycanda qalmağa çalışacağam"

Monteneqrolu qapıçı: "Azərbaycanda qalmağa çalışacağam" "Komandada qalmaq istəyirdim, amma klub mənimlə müqaviləni uzatmadı. Yəqin ki, növbəti mövsüm yerli qapıçı meydana çıxacaq".
Futbol
14 İyul , 2020 11:52
Monteneqrolu qapıçı: Azərbaycanda qalmağa çalışacağam

"Komandada qalmaq istəyirdim, amma klub mənimlə müqaviləni uzatmadı. Yəqin ki, növbəti mövsüm yerli qapıçı meydana çıxacaq".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" ilə yollarını ayıran qapıçı Boyan Zoqoviç deyib. 

31 yaşlı qolkiperin fikrincə, klub böyük ehtimalla legioner qapıçı istəmir. Monteneqrolu oyunçu komandadakı dəyişikliklərin Avropa Liqasına vəsiqə qazanmamaqla əlaqəli olduğunu söyləyib: "Təəssüf edirəm ki, top fərqinə görə avrokuboklara gedə bilmədik. Çox xallar itirdik, lakin düşünürəm ki, yaxşı komandamız var idi". 

Zoqoviç karyerasını yenidən Azərbaycanda davam etdirmək istəyini dilə gətirib: "Premyer Liqada əcnəbi futbolçu ilə bağlı limit olmasaydı, daha çox oynayardım. Hansısa klub məni istəsə, Azərbaycanda qalmağa çalışacağam". 

Qeyd edək ki, "Zirə" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 23 xalla 5-ci pillədə bitirib. Qəsəbə təmsilçisi "Sumqayıt"la eyni xal toplasa da, top fərqinə görə Avropa Liqasından uzaq qalıb. Boyan Zoqoviç "Zirə"yə 2019-cu ilin yayında keçmişdi. 

Son xəbərlər

Orphus sistemi