"Molde" rəsmisi: "Qarabağ"la oyunumuz üçün elə də çox variant qalmayıb"

"Molde" rəsmisi: "Qarabağ"la oyunumuz üçün elə də çox variant qalmayıb" "Biz qərara hörmət edirik. Amma əlbəttə bu, bizi qane etmir".
Futbol
8 Sentyabr , 2020 15:24
Molde rəsmisi: Qarabağla oyunumuz üçün elə də çox variant qalmayıb
 Ole Erik Stavrum

"Qərara hörmət edirik. Amma əlbəttə, bizi qane etmir".

"Report"un məlumatına görə, bunu "Molde" klubunun direktoru Ole Erik Stavrum Norveç hökumətinin "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər oyunundan sonra komandanı karantindən azad etməkdən imtinasına dair qərarını şərh edərkən deyib.   

O bildirib ki, ilkin püşkatmaya əsasən, oyun Azərbaycanda keçirilməlidir: "Matçadək istisna razılığın alınmasına dair izahat əldə etmək mümkün olmayacaq. Hazırda biz Norveç Futbol Federasiyası ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq". 

Stavrum neytral məkan kimi iki ölkəni təklif edib: "Xəritəyə baxsaq, elə də çox variant qalmayıb. Yaşıl rəngdə olan ölkələrin sayı azdır. Yəqin ki, alternativ variantlar Macarıstan və Sloveniyadır". 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.

Son xəbərlər

Orphus sistemi