Bakı. 3 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə daha 6 görüş keçirilib.
"Report" xəbər verir ki, qarşılaşmalardan yarısı məhsuldarlığı ilə diqqət çəkib.
Portuqaliya "Benfika"sı Yunanıstanda AEK-ə 3:2, "Roma" İtaliyada Çexiya "Viktoriya"sına 5:0 hesabı ilə qalib gəlib. "Lion" isə Fransada Ukrayna "Şaxtyor"una məğlubiyyətdən qurtulub - 2:2. "Bavariya" Almaniyada Hollandiya "Ayaks"ı ilə 1:1, "Mançester Yunayted" İngiltərədə İspaniya "Valensiya"sı ilə 0:0 hesablı heç-heçə edib.
Gecənin sensasiyası isə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. MOİK Çempionlar Liqasının son 3 mövsümdəki qalibi İspaniya "Real Madrid"ini məğlubiyyətə uğradıb. Artıq 2-ci dəqiqədə Nikola Vlaşiçin vurduğu qol oyunda yeganə olub - 1:0. Uzatma dəqiqələrində MOİK-in qapıçısı İqor Akinfeyev baş hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.
Daha əvvəl "Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu 3:0 hesabı ilə darmadağın edib. İngiltərənin "Mançester Siti" komandası isə Almaniyada "Hoffenhaym"a qalib gəlib - 2:1.
Çempionlar Liqası, II tur
2 oktyabr
E qrupu
23:00. AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:3
Qollar: Viktor Klonaridis, 53; 63 - Haris Seferoviç, 6; Aleks Qrimaldo, 15. Alfa Semedo, 74
23:00. "Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) - 1:1
Qollar: Mats Hummels, 4 - Nussair Mazraui, 22
Xal durumu: "Ayaks" - 4, "Bavariya" - 4, "Benfika" - 3, AEK - 0.
F qrupu
20:55. "Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: İshak Belfodil, 1 - Serxio Aqüero, 8. David Silva, 87
23:00. "Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:2
Qollar: Mussa Dembele, 70. Leo Dubua, 72 - Junior Moraes, 45; 55
Xal durumu: "Lion" - 4, "Mançester Siti" - 3, "Şaxtyor" - 2, "Hoffenhaym" - 1.
G qrupu
23:00. MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) - 1:0
Qol: Nikola Vlaşiç, 2
Qırmızı vərəqə: İqor Akinfeyev, 90+5 (MOİK)
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0
Qollar: Edin Ceko, 3; 40; 90+2. Cengiz Ünder, 64. Castin Klüvert, 73
Xal durumu: MOİK - 4, "Roma" - 3, "Real Madrid" - 3, "Viktoriya" - 1.
H qrupu
20:55. "Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Paulo Dibala, 5; 33; 69
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:0
Xal durumu: "Yuventus" - 6, "Mançester Yunayted" - 4, "Valensiya" - 1, "Yanq Boyz" - 0.
Çempionlar Liqasının II turuna oktyabrın 3-də yekun vurulacaq.