"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib

"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib Avropa Liqasının oyunu rusiyalı briqadaya tapşırılıb
Futbol
26 İyun , 2017 13:20
Mladost - İnter matçının hakimləri müəyyənləşib

Bakı. 26 iyun. REPORT.AZ/ Bakı "İnter"inin Serbiyada "Mladost"la keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib.

"Report"un məlumatına görə, görüş Aleksandr Matyuninin başçılıq etdiyi briqadaya tapşırılıb.

Anton Kobzev və Aleksey Lunyov yan xətt, Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi