"Bavariya"nın sabiq futbolçusunun evi qarət olunub

"Bavariya"nın sabiq futbolçusunun evi qarət olunub Bakı. 19 fevral. REPORT.AZ/ Argentina milli komandasının və Almaniyanın Bavariya klubunun sabiq futbolçusu Martin Demiçelis qarət olunub.
Futbol
19 Fevral , 2019 20:11
Bavariyanın sabiq futbolçusunun evi qarət olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Argentina milli komandasının və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Martin Demiçelis qarət olunub.

"Report" "Mirror"a istinadən xəbər verir ki, hadisə 39 yaşlı sabiq müdafiəçinin İspaniyanın Marbelya şəhərindəki evində baş verib. Evdə Demiçelislə birlikdə onun həyat yoldaşı və üç uşağı olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib.

Qeyd edək ki, Martin Demiçelis karyerası ərzində İngiltərənin "Mançester Siti", İspaniyanın "Malaqa" və "Espanyol" komandalarında da çıxış edib. O, 51 dəfə Argentina millisinin də formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi