UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan komandalar yoldaşlıq görüşləri keçiriblər.
"Report"un məlumatına görə, Monteneqro yığması evdə Latviyaya məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub. İqor Tarasovun 26-cı dəqiqədə vurduğu qola 90+1-ci dəqiqədə İqor İvanoviç cavab verib - 1:1.
Kipr evdə Çexiyaya məğlub olub - 1:2. 13-cü dəqiqədə Tomas Holeşin qolundan sonra hesabda geri düşən ada komandası 32-ci dəqiqədə buna Loizos Loizu ilə cavab verib. Lakin 43-cü dəqiqədə Vladimir Darida penalti ilə qonaq komandanın qələbə topunu vurub.
Lüksemburq isə evdə Lixtenşteynə eyni hesabla uduzub. 23-cü dəqiqədə qonaq komandadan Fabio Volfinger hesabı açıb. 62-ci dəqiqədə Nikolas Hasler penalti ilə fərqi artırıb. 72-ci dəqiqədə isə Gerson Rodriges meydan sahiblərinin təsəlli qolunu vurub.
Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq Azərbaycan millisi oktyabrın 13-də Albaniyada Kipri qəbul edəcək.