Millimizlə matç öncəsi Polşa yığmasında koronavirus aşkarlandı
Futbol
- 19 oktyabr, 2020
- 08:36
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət millisində koronavirus aşkarlanıb.
"Report" Polşa Futbol Assosiasiyasına istinadən xəbər verir ki, Katarjina Daleşikin testi müsbət nəticə verib. 30 yaşlı yarımmüdafiəçi təlim-məşq toplanışına qatıla bilməyib.
Bundan əlavə, komandanın aparıcı üzvü, Almaniya "Volfsburq"unda çıxış edən Eva Payor zədə səbəbindən heyətdən çıxarılıb. Norveçin "Klepp İL" komandası isə müdafiəçisi Aleksandra Rompienin hazırlıq prosesinə qatılmasına icazə verməyib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.
Son xəbərlər
01:50
Valdas Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu nəticə böyük təcrübədir"
Futbol01:36
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Futbol01:24
Benyamin Şeşko: "Sabah"ın qapıçısının irəli çıxmasından sonra qol üçün əlverişli fürsət yarandı"
Futbol01:16
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr00:57
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Roma" ilə bərabərə qalıb, "Bavariya" qələbə qazanıb
Futbol00:52
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
Futbol00:11
Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Maliyyə23:48
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
Digər ölkələr23:30