Millimizin iştirak edəcəyi turnirin startı təxirə salınır

Millimizin iştirak edəcəyi turnirin startı təxirə salınır UEFA Millətlər Liqasında 2020-2021 mövsümünün startı təxirə salınır.
Futbol
29 Aprel , 2020 14:55
Millimizin iştirak edəcəyi turnirin startı təxirə salınır
0 : 00
0 : 00

UEFA Millətlər Liqasında 2020-2021 mövsümünün startı təxirə salınır.

"Report" Britaniyanın "The Independent" nəşrinə istinadən xəbər verir ki, turnirin sentyabr və oktyabr aylarına nəzərdə tutulan qarşılaşmaları koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, C liqasında Kipr, Monteneqro və Lüksemburq seçmələri ilə I qrupda mübarizə aparan Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də evdə Lüksemburqa qarşı keçirməlidir.

Son xəbərlər

Orphus sistemi