Millimizin futbolçusunun maaşı azaldılmayacaq

Futbol
  • 16 may, 2020
  • 06:16
Millimizin futbolçusunun maaşı azaldılmayacaq
Rüfət Dadaşov

"Əla rəhbərliyimiz var. Bütün ayların maaşları tam ödənilib".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants yerli radiolardan birinin efirində deyib.

Amerikalı mütəxəssis bildirib ki, məvaciblərin azaldılması məsələsi müzakirə olunmayıb: "Rəhbərlik uşaqlara çox dəstək oldu, onların qayğısına qaldı. Bu futbolçuların milyonlarla ABŞ dolları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər və ya maaşlarında 20 faiz endirim olsun".

Çempionatın mümkün bərpası barədə də danışan Şants oyunların iyul ayında başlaya biləcəyini istisna etməyib.

"Finiks Rayzinq" komandası mayın 13-dən məşqləri bərpa edib.

Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb. 

44 filmi