Millimizin futbolçusu oynamadı, komandası uduzdu

Futbol
  • 31 may, 2020
  • 13:22
Millimizin futbolçusu oynamadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqada növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, Aue təmsilçisi XXIX turda “Haydenhaym”ın qonağı olub.

Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb. 

Qeyd edək ki, "Ertsgebirge" 38 xalla 8-ci, “Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.

44 filmi