Millimizin baş məşqçisi: "Bu gedişat ürəyimcə deyil"

Millimizin baş məşqçisi: "Bu gedişat ürəyimcə deyil" "Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçularla çox yaxşı oyun göstərdi. Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamı göstərdi".
Futbol
7 Sentyabr , 2020 23:34
Millimizin baş məşqçisi: Bu gedişat ürəyimcə deyil
Milan Obradoviç

"Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçularla çox yaxşı oyun göstərdi. Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamı göstərdi".

"Report"un məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç Sumqayıtda Fransa yığmasına 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, müəyyən səbəblərdən matça 7-8 oyunçu çağıra bilməyib. O, bəzi futbolçuların isə əsas komandaya getdiklərini xatırladıb: "Lakin bu, futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və ən yaxşı oyunumuzu sərgiləməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən məsələlərdən narahat idilər. İlk yarıda topu tez-tez itirir, onu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək, iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçulatıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur".

O, ikinci hissədə daha yaxşı oyun göstərmələrinin səbəbini açıqlayıb: "Komandamız bir ildir birgə oynamırdılar. Onlar bir çox məsələdən narahat idilər. Rəqibi də nəzərə almalıyıq. Xüsusən, ilk yarının gedişatı planlarımıza daxil deyildi. Bir qədər də əlavə edim: Bu gedişat ürəyimcə deyil. Həm İsveçrəyə, həm də Fransaya qarşı yaxşı oynamağımıza baxmayaraq, xal ala bilmədik. Biz daha çox ümumi nəzarəti öyrənməliyik. Fransa 3-4 dəqiqə topu künc bayrağı tərəfdə "öldürdü". Bu, beynəlxalq oyun təcrübəsi olmamasının da əlamətidir".

Obradoviç "Niyə əsas milli ilə yoxlama oyunu keçirmədiniz" sualına bu cür cavab verib: "Yaxşı sualdır. Yoldaşlıq oyunlarından çox beynəlxalq matçlarda təcrübə qazanmağa üstünlük verərdim. Digər tərəfdən, zədələr ola bilərdi. Mən bu məsələni danışacağam. Gələcəkdə yoldaşlıq görüşü keçirmək olar. Xüsusən ona ümid edirəm ki, Premyer Liqanın səviyyəsi artacaq və gənclərdən daha çox yararlana, onlara daha böyük təcrübə qazandıra biləcəyik. Əlbəttə, bunu bütün oyunçularıma da bildirmişəm ki, öz səviyyələrini qorumaq üçün klubdakı məşqlərinə də diqqət yetirməlidirlər".

Baş məşqçi U-21 yığmasının hazırkı heyətində gələcəkdə əsas milliyə namizədlərin olduğunu vurğulayıb: "İlk növbədə, bu, onların özlərindən asılıdır. Məşqlərinə xüsusi önəm veririk. Taktiki məsələlər üzərində işləyirik. Bir neçə oyunçumuz var ki, mərhələ-mərhələ inkişafına ümid edirik. Komandamızda potensiallı futbolçular var ki, gələcəkdə əsas milliyə xeyir verə bilərlər".

Son xəbərlər

Orphus sistemi