Millətlər Liqası: Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
Futbol
887
8 Sentyabr , 2020 07:30
Millətlər Liqası: Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. 

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək. 

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.

UEFA Millətlər Liqası

C liqası, I qrup

8 sentyabr

22:45. Kipr - Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

Nikosiya. GSP stadionu

Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.

Orphus sistemi