"Milan" İbrahimoviçin dublu ilə qələbə qazandı

"Milan" İbrahimoviçin dublu ilə qələbə qazandı İtaliya A Seriyasında ilk turun son oyunu keçirilib.
Futbol
22 Sentyabr , 2020 00:55
Milan İbrahimoviçin dublu ilə qələbə qazandı
Zlatan İbrahimoviç

İtaliya A Seriyasında ilk turun son oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "Bolonya" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hər iki qolu Zlatan İbrahimoviç vurub. 35-ci dəqiqədə hesabı açan isveçli hücumçu 50-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə dubl edib. 88-ci dəqiqədə "Bolonya"dan Mitçell Deyks qırmızı vərəqə alıb.  

Qeyd edək ki, Zlatan İbrahimoviç ardıcıl 23-cü mövsüm qol vurmağı bacarıb. O, İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus" və "İnter", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" klublarında da fərqlənib. İbrahimoviçin "Milan"la müqaviləsi 2021-ci ilin yayınadəkdir. 

Son xəbərlər

Orphus sistemi