Messinin əvəzlənməsinin səbəbi bəlli olub

Messinin əvəzlənməsinin səbəbi bəlli olub PSJ-nin futbolçusu Lionel Messinin "Lion"a qarşı Fransa Liqa-1-in VI tur matçı zamanı əvəzlənməsinin səbəbi açıqlanıb.
Futbol
20 Sentyabr , 2021 19:56
Messinin əvəzlənməsinin səbəbi bəlli olub
Lionel Messi

PSJ-nin futbolçusu Lionel Messinin "Lion"a qarşı Fransa Liqa-1-in VI tur matçı zamanı əvəzlənməsinin səbəbi açıqlanıb.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Poçettino argentinalı hücumçunu zədədən qorumaq üçün bu addımı atıb.

Dizindən yüngül xəsarət alan 34 yaşlı forvardın yerinə meydana 76-cı dəqiqədə Əşrəf Hakimi daxil olub. Messi əvəzləndikdən sonra Poçettinonun əlini sıxmayıb.

Bu gün bərpa prosesi keçən oyunçunun sabahkı məşqdə iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi