Messi "Barsa"nın prezidentinə yeni baş məşqçi təklif edib
Futbol
- 10 yanvar, 2015
- 09:58
Bakı. 10 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun prezidenti Josef Bartomeu futbolçu Lionel Messi ilə görüşüb. "Report"un İspaniyanın "TV3" kanalına istinadən verdiyi məlumata görə, İspaniya kubokunun 1/8 final mərhələsində keçirilən "Elçe" (5:0) ilə qarşılaşmadan sonra baş tutan görüşdə yeni baş məşqçi məsələsi müzakirə olunub.
Klub prezidenti görüşdə Luis Enrike məsələsində Messiyə onu dəstəklədiyini deyib. 27 yaşlı hücumçu isə öz növbəsində Enrikenin əvəzinə "Barselona"nın baş məşqçi postuna Frank Raykardı məsləhət bildiyini söyləyib.
Qeyd edək ki, bir müddətdir baş məşqçi Luis Enrike və Lionel Messi arasında qarşıdurma yaşanır. Klub prezidenti isə bu məsələdə argentinalıya dəstək verdiyini bildirir.
Son xəbərlər
17:09
"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarılıb
Futbol17:06
Şirvan kanalında kişi meyiti tapılıb
Hadisə17:01
"Axios": Tramp Bərzani vasitəsilə gizli şəkildə SEPAH rəhbərliyi ilə əlaqə saxlayıb
Digər ölkələr16:34
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Sağlamlıq16:25
Belçikadakı meşə yanğını Almaniyaya doğru irəliləyir
Digər ölkələr16:19
"Ordu" klubu heyətini Coşua Retamarla gücləndirib
Fərdi16:05
Foto
Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
Region15:59
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi15:43