Messi peşəkar karyerasında 900-cü matçına çıxıb

Messi peşəkar karyerasında 900-cü matçına çıxıb "Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
Futbol
11 Fevral , 2021 01:07
Messi peşəkar karyerasında 900-cü matçına çıxıb
Lionel Messi

"Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

"Report" xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

Messi 41-ci dəfə "Sevilya" ilə oyunda iştirak edir. Ulduz futbolçu bu rəqiblə qarşılaşmalarda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sevilya" - "Barselona" matçında ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

Son xəbərlər

Orphus sistemi