Messi İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşüb

Messi İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşüb İspaniya Kubokunun 1/8 final mərhələsində Leqanes üzərində 5:0 hesablı qələbənin qazanıldığı matç Barselonanın futbolçusu Lionel Messi üçün yeni rekord göstərici ilə yadda qalıb.
Futbol
31 Yanvar , 2020 05:47
Messi İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşüb

İspaniya Kubokunun 1/8 final mərhələsində "Leqanes" üzərində 5:0 hesablı qələbənin qazanıldığı matç "Barselona"nın futbolçusu Lionel Messi üçün yeni rekord göstərici ilə yadda qalıb.

“Report” xəbər verir ki, Messi Kataloniya klubunun formasında 500-cü qalibiyyət sevinci yaşayıb. Bu, ölkə futbolu üçün rekord göstəricidir. Argentinalı hücumçu indiyədək “Barsa”da 710 matç keçirib, 622 qol vurub və 241 məhsuldar ötürmə verib. Həmçinin klub Messinin iştirakı ilə 131 matçdan heç-heçə, 79 oyundan isə məğlubiyyətlə ayrılıb. 

Qələbə sayında rekordçu altılıq siyahısına həmçinin Xavi (482), İker Kasilyas (463), Andres İnyesta (459), Andoni Subisarreta (444) Serxio Ramos (439) daxildir.

Qeyd edək ki, Lionel Messi "Leqanes"lə görüşün 59-cu və 89-cu dəqiqələrində fərqlənərək, "dubl" müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi