Messi "Barselona"da 43-cü dəfə het-trik edib

Messi "Barselona"da 43-cü dəfə het-trik edib Bakı. 17 dekabr. REPORT.AZ/ Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” komandasının heyətində 43-cü dəfə het-trik edib.
Futbol
17 Dekabr , 2018 11:27
Messi Barselonada 43-cü dəfə het-trik edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” komandasının heyətində 43-cü dəfə het-trik edib.

“Report” “Squawka Football”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın XVI turundan səfərdə “Levante”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qola imza atıb. O, bu göstəriciyə görə yalnız hazırda İtaliya “Yuventus”nun formasını geyinən Kriştianu Ronaldudan geri qalır. Portuqaliyalı forvard bu yay tərk etdiyi İspaniya “Real Madrid”nin heyətində 44 dəfə het-trik edib.

Messi “Levante” ilə görüşdə 3 dəfə fərqlənməklə daha iki rekordun müəllifinə çevrilib. O, 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. “Barselona”nın kapitanı həm də bu mövsüm “Top-5” liqalarda “qol+ötürmə” sistemi ilə 20 xalı ötən ilk oyunçudur.

Qeyd edək ki, Messi cari mövsümdə La Liqada keçirdiyi 14 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə verib. 

Son xəbərlər

Orphus sistemi