Messi "Atletik"in ehtiyat oyunçusunu təhqir edib

Messi "Atletik"in ehtiyat oyunçusunu təhqir edib Katalon "Barselona"sının hücumçusu Lionel Messi "Atletik"ə (Bilbao) qarşı matç zamanı klubun ehtiyat oyunçusunu təhqir edib.
Futbol
2 Fevral , 2021 00:38
Messi Atletikin ehtiyat oyunçusunu təhqir edib
Lionel Messi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Bilbao "Atletik"i ilə La Liqa matçı zamanı rəqib klubun ehtiyat oyunçusunu təhqir edib.

“Report” xəbər verir ki, bu barədə “El Chiringuito” bildirib.

Qeyd edilir ki, oyun zamanı hakim argentinalıya qarşı qayda pozuntusundan sonra cərimə zərbəsi təyin edib. “Atletik”in ehtiyat oyunçuları hakim qərarına etiraz ediblər.

Messi rəqibin oyunçularının davranışını hakimə göstərib. Futbolçulardan biri hücumçuya qışqıraraq, susmasını tələb edib.

"Axmaq, sən yemisən?", - deyə Messi ona belə cavab verib.

Son xəbərlər

Orphus sistemi