Məşhur futbolçu Argentina klubuna keçməkdən imtina edib

Məşhur futbolçu Argentina klubuna keçməkdən imtina edib "Real" klubunun və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos Argentina təmsilçisi "Boka Xuniors"un təklifindən imtina edib.
Futbol
19 dekabr 2024 07:21
Məşhur futbolçu Argentina klubuna keçməkdən imtina edib
Serxio Ramos

"Real" klubunun və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos Argentina təmsilçisi "Boka Xuniors"un təklifindən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.

38 yaşlı müdafiəçi Argentinaya köçmək istəməyib.

Qeyd edək ki, Ramos son olaraq ölkəsində "Sevilya"nın formasını geyinib. O, ötən mövsüm bu komandanın heyətində 37 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi