Məşhur argentinalı hücumçu həbsxanada oyun zamanı zədələnib

Məşhur argentinalı hücumçu həbsxanada oyun zamanı zədələnib Bakı. 28 mart. REPORT.AZ/ Argentinanın Boka Xuniors klubunun futbolçusu Karlos Teves həbsxanada zədələnib.
Futbol
28 Mart , 2018 17:07
Məşhur argentinalı hücumçu həbsxanada oyun zamanı zədələnib

Bakı. 28 mart. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Karlos Teves həbsxanada zədələnib.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu 2010-cu ildən qardaşının cəza çəkdiyi müəssisədə futbol oynayarkən xəsarət alıb. O, qardaşının dəvəti ilə qarşılaşmada iştirak edib. Argentina millisinin sabiq üzvü oyun vaxtı əzələsindən zərbə alıb. Teves yaşıl meydanlardan 1 ay kənarda qalacaq.

Qeyd edək ki, Karlos Teves cari mövsüm Argentina çempionatında "Boka Xuniors" forması ilə 7 oyunda iştirak edib və 3 qol vurub. Hücumçu 2018-ci ilin yanvarında ölkəsinə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi