Meksika 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində qələbə qazanıb
Futbol
- 01 iyul, 2026
- 09:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində qələbə qazanıb.
"Report"un məlumatına görə, komanda buna DÇ-2026-nın 1/16 finalında Ekvadoru məğlub etməklə nail olub.
Yığma 1986-cı ildə mundialın 1/4 finalına yüksəlməyi bacarıb.
2022-ci ildə qrupda qalan Meksika 1994, 1998, 2002, 2006, 2010, 2014 və 2018-ci illərdə gerçəkləşən turnirlərdə 1/8 finalda uduzub.
Komanda 1990-cı ildə keçirilən yarışdan kənarlaşdırılmışdı.
Xatırladaq ki, Meksika Ekvadoru iki cavabsız qolla üstələyib. Milli 1/8 finalda İngiltərə - Konqo DR cütünün qalibi ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Son xəbərlər
06:34
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
İKT
06:03
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
Digər ölkələr
05:49
Rumıniyada güclü zəlzələ baş verib.
Digər ölkələr
05:41
Polşalı F-35 pilotlarına ABŞ-nin nüvə bombalarından istifadə qaydaları öyrədiləcək
Digər ölkələr
05:16
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
Energetika
04:50
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
Digər ölkələr
04:05
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
İKT
03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq
Region
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr