Məhəmməd Salah "Nyukasl" ilə oyunda sıradan çıxıb

Məhəmməd Salah "Nyukasl" ilə oyunda sıradan çıxıb Liverpul futbol klubu İngiltərə çempionatının 37-ci turunda Nyukasl üzərində qələbə qazanıb.
Futbol
163
5 May , 2019 07:57
Məhəmməd Salah Nyukasl ilə oyunda sıradan çıxıb

"Liverpul" futbol klubu İngiltərə çempionatının 37-ci turunda "Nyukasl" üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, matçın 68-ci dəqiqəsində komandanın hücumçusu Məhəmməd Salah rəqib komandanın qapıçısı Martin Dubravka ilə toqquşub və başından zədələnib.

Həkimlər misirli futbolçuya yerində tibbi yardım göstərməyə çalışsalar da, sonda o, meydanı xərəkdə tərk edib.

Hazırda "Liverpul" turnir cədvəlinin birinci pilləsində gedir.

Son xəbərlər

Orphus sistemi