Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
  • 27 dekabr, 2022
  • 05:14
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Kenni Dalqlişin uğurunu təkrarlayıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna Premyer Liqanın XVII turunda "Aston Villa"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə nail olub.

Dalqliş və Salah 172 qolla Mersisayd təmsilçisinin bombardirləri siyahısında yeddinci yerdədirlər. Şotlandiyalı forvard 515, misirli oyunçu isə 277-ci matçda bunu bacarıb.

"Liverpul" tarixində ən çox qol vuran futbolçu isə İan Raşdır. 61 yaşlı keçmiş hücumçu 660 qarşılaşmada 346 dəfə fərqlənib.