Marsel polisi sakinlərinə ÇL-in final günü PSJ formasına qadağa qoydu

Marsel polisi sakinlərinə ÇL-in final günü PSJ formasına qadağa qoydu Marsel şəhər polisi avqustun 23-də baş tutacaq PSJ-Bavariya oyununda şəhər sakinlərinə PSJ klubunun formasının geyilməsini qadağan edən bir qərar imzalayıb.
Futbol
21 Avqust , 2020 02:20
Marsel polisi sakinlərinə ÇL-in final günü PSJ formasına qadağa qoydu
0 : 00
0 : 00

Marsel şəhər polisi avqustun 23-də baş tutacaq PSJ-Bavariya oyununda şəhər sakinlərinə PSJ klubunun formasının geyilməsini qadağan edən bir qərar imzalayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat verib.

Qərarda, Marsel sakinlərinə PSJ futbol klubunun istənilən atributunu nümayiş etdirmək qəti qadağan edilir.  

Polis İdarəsindən verilən məlumata görə, belə bir qərarın verilməsinə səbəb PSJ və Marsel azarkeşləri arasında yarana biləcək insidentin qarşısını almaqdır. 

Qeyd edək ki, PSJ Marselin əzəli və prinsipial rəqibidir.

Son xəbərlər

Orphus sistemi