Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək

Futbol
  • 02 aprel, 2024
  • 04:07
Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək

“Barselona”nın müdafiəçisi Markos Alonso mövsümün sonunda klubu tərk edəcək.

“Report” xəbər verir ki, bunu futbol insayderi Fabritsio Romano sosial şəbəkədə bildirib.

Tərəflər 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləni yeniləməmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu mövsüm 33 yaşlı ispaniyalı kataloniyalıların heyətində 7 oyuna çıxıb. Ümumilikdə Alonso “Barselona”nın heyətində 44 oyuna çıxıb və 3 qol vurub.

44 - Tezliklə