Marko Arnautoviç Azərbaycan millisi ilə oyunu buraxacaq
Futbol
- 25 sentyabr, 2023
- 12:50
Avstriya yığmasının aparıcı futbolçusu Marko Arnautoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millisi ilə oyunları buraxacaq.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, buna 34 yaşlı hücumçunun “İnter”in heyətində İtaliya A seriyasının V turunda “Empoli” (1:0) ilə matçda zədələnməsi səbəb olub.
Tibbi müayinə zamanı Arnautoviçin sol budunda orta dərəcədə əzələ gərginliyi aşkar edilib. Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Forvard bir neçə həftə sonra yenidən tibib yoxlanışdan keçəcək.
Qeyd edək ki, Avstriya yığması oktyabrın 13-də Belçika ilə evdə, üç gün sonra isə Azərbaycanla Bakıda qarşılaşacaq.
Son xəbərlər
19:48
Foto
Video
Zakir Həsənov özbəkistanlı generallarla komando hərbi hissəsində olub
Hərbi19:46
KİV: ABŞ-li nazir Ukrayna ilə bağlı danışıqlar prosesindən uzaqlaşdırılıb
Digər ölkələr19:42
KİV: Belçika Ukraynaya 210 milyard avro kredit üçün Aİ-dən zəmanət tələb edir
Digər ölkələr19:28
Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edilib
Xarici siyasət19:20
Naxçıvanda dəm qazı zəhərlənməsi şübhəsi ilə xəstəxanaya daxil olan 23 qadın evə buraxılıb - YENİLƏNİB
Sağlamlıq19:09
Məşhur britaniyalı yazıçı vəfat edib
Digər ölkələr19:05
Foto
Heydər Əliyevin anım günü Təbrizdə qeyd olunub
Daxili siyasət19:02
İsveçrə ABŞ-dən F-35 qırıcılarının sifarişini azaldacaq
Digər ölkələr18:52